Xəbər lenti

Ukrayna Ombudsmanı vəzifəsindən uzaqlaşdırıldı
Dünya14:08 31.05.2022

Ukrayna Ombudsmanı vəzifəsindən uzaqlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın İnsan Haqları Müvəkkili (Ombudsman) Lyudmila Denisova vəzifəsindən uzaqlaşdırılıb.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Ali Radası qərar qəbul edib. Səsvermədə 234 deputat qərarın lehinə səs verib.
Qeyd edək ki, Lyudmila Denisova 2018-ci il martın 15-dən bu vəzifəni icra edir. Bundan əvvəl o, Yuliya Timoşenko (2007-2010) və Arseni Yatsenyuk (2014) hökumətlərində sosial siyasət naziri olub.
2022-ci il aprelin 27-də keçmiş uşaq Ombudsmanı Nikolay Kuleba Lyudmila Denisovanı Xersonda 58 uşağın harada gizləndiyi barədə məlumatı işğalçılara verməkdə ittiham edib və guya bundan sonra işğalçılar onları Krıma aparıblar.
Aydın