Koronavirusun yayılmasının qarşısını almaq üçün milli karantin müddəti ərzində Ukrayna vətəndaşların orduya hərbi çağırışını müvəqqəti ləğv edib.
Qaynarinfo xəbər verir ki, müvafiq əmr Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-leytenant Aleksandr Sirski tərəfindən verilib. Bu barədə Feysbukdakı səhifəsində Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, hərbi komissarlıq, eləcə də ərazi komplektləşdirmə və sosial dəstək mərkəzləri karantin müddətində hərbi xidmətə çağırışçıların çağırış məntəqələrinə və regional yığım məntəqələrinə çağırılması ilə əlaqədar hərbi xidmətə çağırışları dayandıracaqlar. Bu qərar yeni sərəncam verilənə kimi qüvvədə olacaq.
Alpər