Xəbər lenti

Ukrayna partizan müharibəsinə başlayır - Moskvaya bağlı məmur qətlə yetirildi
Dünya11:16 24.06.2022

Ukrayna partizan müharibəsinə başlayır - Moskvaya bağlı məmur qətlə yetirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın işğal olunmuş Xerson vilayətinin Rusiya tərəfindən təyin edilmiş administrasiyasının yüksək rütbəli məmuru öldürülüb.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə administrasiya rəhbərinin müavini məlumat verib.
Xerson Hərbi-Mülki Administrasiyasının ailə, gənclər və idman şöbəsinin rəhbəri Dmitri Savluçenko bomba partlaması nəticəsində həlak olub.
Ukraynanın Xerson vilayətinin qubernatorunun müşaviri bildirib ki, sui-qəsd Ukrayna silahlı qüvvələrinin rəhbərlik etdiyi "partizanların uğurlu işidir”. Şəhər ruslar tərəfindən işğal edildikdən sonrakı  ilk həftələrdə bölgədə mütəmadi olaraq mülki etirazlar olurdu. O vaxtdan bəri Rusiyanın dəstəklədiyi hakimiyyət orqanlarına qarşı partizan fəallığının artması ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılır .
İyunun 18-də Ukrayna mediası xəbər yayıb ki, Rusiyanın təyin etdiyi administrasiyaya qoşulmuş yerli həbsxana rəisi bomba partlaması nəticəsində yaralanıb.
İyunun 20-də Ukrayna hərbçiləri bildirib ki, Xerson şəhərində bir kafedə silahlı şəxsin atəş açması nəticəsində iki rus əsgəri ölüb, daha biri isə yaralanıb.
Nurlan Hüseynov