Xəbər lenti

"Əks hücuma keçdik, qələbə xəbərləri olacaq" - Zelenskinin ofisi
Dünya15:53 27.03.2022

"Əks hücuma keçdik, qələbə xəbərləri olacaq" - Zelenskinin ofisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna qoşunları Xarkov, Sumı şəhərlərində, həmçinin Kiyev və Xerson vilayətlərində də əks-hücum əməliyyatlarına başlayıb.
"Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksiy Aretoviç martın 27-də Rusiyanın hücumu ilə bağlı vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə deyib.
"İndi düşmənin iki əsas tapşırığı var - qoşunlarımızı Birləşmiş Qüvvələr Əməliyyat zonasında mühasirəyə almaq, Mariupolun blokdadasını başa çatdırmaq və Xerson bölgəsində müdafiəni qoruyub saxlamaq... Əgər düşmənin Cənubda müdafiəsi aşağı düşsə, onun Mariupol ətrafında vəziyyəti daha da pisləşəcək", - o deyib.
Eyni zamanda, Arestoviç növbəti iki həftənin "qeyri-bərabər" olacağı barədə xəbərdarlıq edib:
"Bəzi mövqelərdə qalib gəlməyimiz və əks-hücum barədə məlumatlar olacaq. İkincisi, cəbhənin bəzi istiqamətlərində, xüsusən də Şərqdə vəziyyətin çətin olması barədə xəbərlər veriləcək. Və bunun üçün emosional, təşkilati və şüurlu şəkildə hazırlanmaq lazımdır”.