Xəbər lenti

Ukrayna qoşunları əks-hücum üçün hazırlıq əməliyyatlarına başlayıb - CNN
Dünya10:50 12.05.2023

Ukrayna qoşunları əks-hücum üçün hazırlıq əməliyyatlarına başlayıb - CNN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna qüvvələri Rusiya qüvvələrinə qarşı çoxdan gözlənilən əks-hücum əməliyyatı ərəfəsində "formalaşma” əməliyyatlarına başlayıb.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə CNN-ə amerikalı hərbçi və yüksək vəzifə tutan digər Qərb rəsmisi məlumat verib.
"Formalaşma" döyüş meydanını irəliləyən qüvvələrə hazırlamaq üçün anbarlar, komanda mərkəzləri, zirehli maşınlar və artilleriya sistemləri kimi hədəfləri əhatə edir. Kanal qeyd edir ki, bu, böyük ümumqoşun əməliyyatlardan əvvəl istifadə olunan standart taktikadır.
Ukrayna ötən yayın sonlarında ölkənin cənub və şimal-şərq bölgələrində əks-hücum əməliyyatına başlayanda ondan əvvəl də döyüş meydanını hazırlamaq üçün hava hücumları həyata keçirilib.
ABŞ-ın yüksək rütbəli hərbi zabitinin sözlərinə görə, bu döyüş meydanını "formalaşdıran” əməliyyatlar Ukraynanın planlaşdırılan istənilən hücumunun əsas hissəsindən bir neçə gün əvvəl davam edə bilər.
"Formalaşdırma” əməliyyatları da düşməni çaşdırmaq üçün hazırlana bilər.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski dünən Ukraynanın əks-hücum əməliyyatına başlamasına "bir az da vaxta" ehtiyac duyduğunu bildirib. Bu, Qərbin vəd etdiyi hərbi yardımın böyük hissəsinin Ukraynaya çatmasını gözləmək üçündür.
Nizami Bağırov