
Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak Rusiya ilə su üstündə müharibə olmayacağını söyləyib.
Qaynarinfo xəbər verir ki, o bunu "1+1” telekanalına verdiyi müsahibədə elan edib. "Xeyr, olmaz. İnanıram ki, bu, cəmiyyətdə mövcud olan bir manipulyasiyadır”, - deyə Yermak məsələ ilə bağlı mövqeyini izah edib.
Yermak hazırda Krımda sakinlər üçün kifayət qədər suyun olduğunu söyləyib.
2014-cü ildə Rusiya Krımı ilhaq etməmişdən əvvəl su oraya Dneprdən Şimali Krım kanalı ilə gəlib. 2017-ci ildə bölgəyə su verilməsini tamamilə dayandıran bir bənd tikilib. Quraqlıq başlayıb. Krım hakimiyyəti mütəmadi olaraq su tədarükünün azaldılması barədə hesabat verir.
Alpər