Xəbər lenti

Ukrayna Rusiya neft emalı zavodunu böyük bir hücumla sıradan çıxardı - "Reuters"
Dünya14:24 12.03.2024

Ukrayna Rusiya neft emalı zavodunu böyük bir hücumla sıradan çıxardı - "Reuters"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna irimiqyaslı hücumda Rusiyadakı hədəflərə onlarla PUA və raket zərbələri endirib, həmçinin silahlı proksi qüvvələrindən istifadə edərək dünyanın ən böyük nüvə dövlətinin quru sərhədlərini pozmağa cəhd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazıb.
İki ildən çox davam edən müharibədə Rusiya və Ukrayna kritik infrastruktura, hərbi obyektlərə və qoşunların cəmləşdiyi ərazilərə zərbələr endirmək üçün dronlardan istifadə edirlər, Kiyev son aylarda Rusiyanın neft emalı zavodlarını və enerji obyektlərini hədəfə alıb.
Rusiya bildirib ki, Ukraynalı qüvvələri ən azı 7 nöqtədə Rusiya sərhədini keçməyə cəhd edib və geri atılıblar. 
Ukraynanın bu günə qədər həyata keçirdiyi ən böyük PUA hücumu zamanı Rusiya Moskva, Leninqrad, Belqorod, Kursk, Bryansk, Tula və Oryol bölgələri də daxil olmaqla Rusiyanın bölgələri üzərində 25 Ukrayna pilotsuz uçuş aparatının vurduğunu bildirib.
Rusiya hakimiyyəti həmçinin bir sıra enerji obyektlərinə hücumlar, o cümlədən "Lukoyl" neft emalı zavodunda baş verən yanğın və Rusiyanın ikinci ən böyük neft emalı zavodunun yerləşdiyi Kirişi şəhərinin kənarında pilotsuz uçuş aparatının məhv edilməsi barədə məlumat verib. Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin NORSI neft emalı zavodunun yanında yanğınsöndürən maşının fotosunu dərc edib və bildirib ki, fövqəladə hallar xidməti yanğını söndürmək üçün işləyir.
Hücum nəticəsində NORSİ-də əsas neft distillə qurğusu (AVT-6) zədələnib, bu da zavodun istehsalının ən azı yarısının dayandırılması deməkdir. 
"Lukoyl" şərh verməkdən imtina edib. Sənaye mənbələrinə görə, NORSI ildə təxminən 15,8 milyon ton Rusiya neftini emal edir ki, bu da ümumi neft emalı həcminin 5,8%-ni təşkil edir. Sənaye mənbələrinə əsasən, zavod, həmçinin təxminən 4,9 milyon ton benzin emal edir ki, bu da Rusiyada ümumi emal həcminin 11%-ni, dizel yanacağının 6,4%-ni, mazutun 5,6%-ni və aviasiya yanacağının 7,4%-ni təşkil edir.
Rusiyanın neft obyektlərinə hücum Ukrayna məsələsində Qərblə üz-üzə gələn prezident Vladimir Putin üçün problemdir və 15-17 mart prezident seçkiləri ərəfəsində ölkədə benzinin qiymətləri həssasdır. Martın 1-dən Rusiya benzin ixracına altı aylıq qadağa tətbiq edib. 
Nizami Bağırov