Ukrayna cümə günü, avqustun 4-də Rusiyanın Qara dənizdəki altı limanının sularını hərbi təhlükə altında olan ərazi olduğunu elan edib və bu barədə bildiriş dərc edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ekonomiçna pravda” Qoshidroqrafiya-nın saytında dərc olunan 118 nömrəli sahil bildirişinə instinadən
yazır.
Məlumatda qeyd edilir ki, söhbət Anapa, Novorossiysk, Gelencik, Tuapse, Soçi və Taman limanlarının akvatoritasından gedir.
Belə bir elan üçün əsas Ukrayna Hərbi Dəniz Qüvvələrinin 04 avqust 2023-cü il tarixli 5 nömrəli əmridir.
Qeyd edək ki, Rusiya Federasiyası "taxıl təşəbbüsündən” geri çəkildikdən sonra iyulun 20-dən Ukrayna dəniz limanlarına göndəriləcək bütün gəmilərin öz tərəfindən potensial hərbi yük daşıyıcıları kimi qəbul ediləcəyini açıqlayıb.
Eyni zamanda, Ukrayna oxşar bəyanat verərək, Rusiya limanlarına və ya işğal altındakı Ukrayna limanlarına göndəriləcək bütün gəmiləri hərbi yük daşıyan hesab edəcəyi barədə xəbərdarlıq edib.
Cümə günü, avqustun 4-ü axşam saatlarında Kerç boğazında suüstü dron hücumu nəticəsində Rusiyanın "SIG" tankeri zədələnib.
Daha sonra "İnterfaks-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətindəki həmsöhbətinə istinadən xüsusi əməliyyatın arxasında SBU-nun dayandığını bildirib.
Nizami Bağırov