Xəbər lenti

Ukrayna Rusiyaya məxsus əmlakı müsadirə edəcək
Dünya16:45 10.03.2022

Ukrayna Rusiyaya məxsus əmlakı müsadirə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident Volodimir Zelenski Ukraynada Rusiya Federasiyasına və onun vətəndaşlarına məxsus əmlakın heç bir kompensasiya ödənilmədən müsadirəsini nəzərdə tutan qanun layihəsini imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.
Sənəddə qeyd olunur ki, bu qanun Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamış bir dövlət kimi Rusiya Federasiyasına məxsus mülkiyyətin sosial o cümlədən hərbi zərurətin irəli gələrək müsadirəsinin hüquqi əsaslarını müəyyən edəcək.