Ukraynanın müttəfiqləri onu qətiyyətlə dəstəkləməlidirlər, əks halda onlar bütün Avropada "populist qüvvələri cəsarətləndirmək riski daşıyırlar”.
Qaynarinfo xəbər verir ki, Rumıniyanın baş naziri Marsel Çolaku Bloomberg-ə müsahibəsində
deyib.
O, söz verib ki, hökuməti Kiyevə "çoxsahəli dəstək” verməyə davam edəcək, hətta avropalı müttəfiqlər, xüsusən də İsrail və HƏMAS arasında münaqişə kəskinləşdikcə "müharibə yorğunluğunun əlamətlərini”, göstərsələr də.
Çolakunun sözlərinə görə, Yaxın Şərqdəki münaqişə "Rumıniya ilə qonşuluqdakı müharibədən” tez həll olunacaq.
"Rumıniya siyasi xərclərdən asılı olmayaraq Ukraynaya kömək etməyə davam edəcək. Bu siyasi xərclər Rusiyanın qələbəsinin yaradacağı presedentdən daha az əhəmiyyətlidir”, Marsel Çolaku əminliyini ifadə edib.
Rumıniyanın Baş naziri Avropada sağçı və populist qüvvələrin artan populyarlığına işarə edib, onların bir çoxu Ukraynaya dəstəyi tənqid edir və Kremllə əlaqələri kəsdiklərinə görə təəssüflənirlər. "Təsəvvür edirsinizmi, bəzi Avropa populist siyasətçiləri arasında nə qədər Putinin oxşarını əldə edəcəyik?" – Çolaku deyib.
Xatırladaq ki, uzun müddət Macarıstan Aİ-nin Ukraynaya silah tədarükünü və bir sıra anti-Rusiya sanksiyalarının tətbiqini dəstəkləməyən yeganə ölkə olaraq qalır. Oxşar mövqeyi oktyabr ayından ölkə hökumətinə rəhbərlik edən Slovakiyanın yeni Baş naziri Robert Fitso da tutur. Mətbuatın yazdığına görə, o, Macarıstanın Baş naziri Viktor Orbanla birlikdə, Ukraynaya Aİ fondundan 50 milyard avro məbləğində yeni yardım paketinə qarşı çıxıb.
Nizami Bağırov