Xəbər lenti

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 4 təyyarəsini vurdu
Dünya17:40 24.09.2022

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 4 təyyarəsini vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd təyyarəsini vurub.
Qaynarinfo UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
Məlumata görə, hava hücumundan müdafiə bölmələri dörd təyyarəni (Su-25, iki Su-30 və bir Su-34) hədəfə alıb.
Həmçinin Rusiyanın dörd komanda məntəqəsi, canlı qüvvə və texnikasının cəmləşdiyi 20-dən çox ərazi vurulub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, sentyabrın 24-nə olan məlumata görə, şəxsi heyət arasında Rusiyanın ümumi döyüş itkiləri təxminən 56 300 nəfərdir. Həmçinin 956 operativ-taktiki pilotsuz uçan aparat məhv edilib.