Xəbər lenti

Ukrayna Təhlükəsizlik Xidmətində "rus dünyası"nın aşiqi olan müavin ifşa edildi
Dünya13:06 17.01.2023

Ukrayna Təhlükəsizlik Xidmətində "rus dünyası"nın aşiqi olan müavin ifşa edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Təhlükəsizlik Xidmətinin şöbə elmi-tədqiqat institutunda "rus dünyası”nın tərəfdarını tapıblar.
Qaynarinfo Pravda.com-ua-ya istinadla xəbər verir ki, bu barədə QBR (Çevik Reaksiya Alayı), SBU və Kiyev Şəhər Prokurorluğunun mətbuat xidmətləri məlumat yayıb.
QBR əməkdaşları SBU-nun Ukrayna Xüsusi Texnika və Məhkəmə Ekspertizası Elmi-Tədqiqat İnstitutunun maliyyə-iqtisadi şöbəsinin 48 yaşlı rəis müavininə Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzünə haqq qazandırması, onu qanuni sayması, təcavüz faktını inkar etməsi şübhəsi ilə bağlı məlumat veriblər. 
Qadın açıq şəkildə Rusiyanın Ukraynaya qarşı müharibəsinə haqq qazandırıb və istənilən şəkildə Ukrayna ərazilərinin işğalını inkar edib.
İş yerində o, həmkarlarını Rusiyanın hələ 2014-cü ildə Ukraynada başladığı müharibənin daxili vətəndaş münaqişəsi olduğuna inandırmağa çalışıb. O, həmçinin Ukraynanın Xarkov və Odessa şəhərlərinin "əslində Rusiyanın şəhərləri” olduğunu iddia edib.
İndi şübhəli həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.
Maddənin sanksiyası əmlakı müsadirə olunmaqla 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Alpər