Xəbər lenti

Ukrayna və Rusiyanın taxıl müqaviləsi Ərdoğanla Quterreşin iştirakı ilə keçiriləcək
Dünya18:00 21.07.2022

Ukrayna və Rusiyanın taxıl müqaviləsi Ərdoğanla Quterreşin iştirakı ilə keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Türkiyədə Dolmabahçe Sarayının ofisində Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə taxıl daşınması üzrə müqavilənin imzalanma mərasimi keçiriləcək.
Bu barədə "Report"un yerli bürosuna Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş də iştirak edəcək.