Xəbər lenti

Ukrayna XİN-dən son söz: Minsk razılaşmaları Rusiyanın şərtləri ilə olmayacaq
Dünya13:53 15.02.2022

Ukrayna XİN-dən son söz: Minsk razılaşmaları Rusiyanın şərtləri ilə olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığında Minsk razılaşmalarının Rusiyanın şərtləri ilə həyata keçirilə bilməyəcəyini bildirib.
Qaynarinfo Departamentin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, nazir Rusiyanın Minsk razılaşmalarının məzmunu ilə manipulyasiya edərək, onların mahiyyətinə təhrif olunmuş baxışı təbliğ etməyə cəhd göstərdiyini bildirib.
Kuleba həmçinin bildirib ki, Rusiya münaqişənin tərəfidir, ona görə də ölkənin cənub-şərqindəki vəziyyəti razılaşmalara əsasən Kiyevin "xüsusi status” verməli olduğu qondarma LXR və DXR ilə deyil, Rusiya ilə həll etmək lazımdır.
Nazirin sözlərinə görə, Ukrayna Rusiya tərəfinin iştirakı ilə Normandiya formatında siyasi və diplomatik nizamlanma üzrə danışıqlara, həmçinin digər formatlarda işləməyə hazırdır və bütün danışıqlar platformalarını aktivləşdirməyə çalışır.
Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın Minsk razılaşmalarının əksər tələblərini yerinə yetirdiyini, Rusiya isə öhdəliklərinin demək olar ki, heç birini yerinə yetirmədiyini bildirmişdi. Öz növbəsində Rusiya prezidenti Vladimir Putin Ukraynanı müqavilələrə əməl etməməkdə ittiham edib.
Alpər