Xəbər lenti

Ukrayna yenidən Rusiya qazına qayıtdı
Dünya13:20 11.09.2020

Ukrayna yenidən Rusiya qazına qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna 2015-ci ildən bəri Rusiyadan qaz almayıb və bu sentyabr ilk dəfə yalnız virtual tersin köməyi ilə qaz idxalına keçib. 
Qaynarinfo xəbər verir ki, 2020-ci ilə qədər belə bir sxem Qazprom ilə tranzit müqaviləsi ilə əngəllənmişdi. İndi tranzit qazın yarısı ölkədə qalır. Avropadan qazın fiziki olaraq vurulmasına ehtiyac olmadığına görə Ukraynadakı alıcılar nəqliyyat xərclərindən min kubmetr üçün 10-20 dollar qazana bilirlər.
Ukraynanın GTS operatorunun verdiyi məlumata görə, 9 sentyabrda Ukraynanın tranzit sisteminə 152 milyon kubmetr qaz daxil olub, ancaq bundan cəmi 83 milyon kubmetri çıxıb.
Əvvəllər, bağlanmış müqavilələrə görə, birbaşa qaz axını sxemi qeyri-mümkün idi, əvvəlcə o, Ukraynadan qaz boru kəməri ilə üçüncü ölkələrə buraxılır, sonra bir hissəsi istifadə üçün Kiyevə qayıdırdı...
Alpər