Xəbər lenti

Ukraynada 24 hərbçi öldü, 70-i yaralandı
Dünya10:10 17.05.2014

Ukraynada 24 hərbçi öldü, 70-i yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna antiterror əməliyyatları zamanı 24 hərbi qulluqçu itirib, 70-ə yaxını yaralanıb. 

Trend-in "Ukrinform" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk öz "facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, əməliyyatlar zamanı aşağıdakı itkilər qeydə alınıb: "Ukrayna Silahlı Qüvvələri - 16 nəfər; Ukrayna Təhlükəsizlik Xidməti - 3 nəfər; Daxili İşlər Nazirliyi Daxili Qoşunlar (Milli Qvardiya) - beş nəfər".

Bu arada Slavyanskın "xalq meri" Vyaçeslav Ponomaryov mətbuat konfransı zamanı bəyan edib ki, mayın 2-dən 12-dək keçirilən antiterror əməliyyatları zamanı ümumilikdə 650 nəfər həlak olub.

Qaynar.info