"Die” ukraynalıların 8 Mart Beynəlxalq Qadınlar Gününü istirahət günü kimi ləğv edib-etməmək barədə qərar verə biləcəyi sorğuya başlayıb. Ali Radada bu bayramın ləğvi ilə bağlı qanun layihəsinin qəbuluna qədər "Die”də hər bir səs nəzərə alınacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə rəqəmsal transformasiya naziri Mixail Fedorov öz Telegram
kanalında məlumat verib.
Mobil proqramda ukraynalılara bu suala cavab vermək təklif olunur - 8 mart istirahət günü olmalıdırmı?
Vətəndaşlar üç cavab variantından birini seçə bilərlər:
- bu gün iş günü olmalıdır,
- qeyri-iş günü olsun,
- qərar verə bilmirəm.
Deputat Marina Bardina proqramdakı videoda "Əksər ölkələrdə martın 8-i iş günüdür, lakin postsovet ölkələrində bu, rəsmi bayramdır”.
Sorğu fevralın 28-dən martın 6-dək davam edəcək.
Xatırladaq ki, Ali Radanın baxılması üçün 8 mart, 1 may və 9 may tarixlərinin ləğv edilməsini və bunun əvəzinə üç yeni bayramın başlamasını təklif edən qanun layihəsi təqdim edilib.
Alpər