
Bu gün Ukraynanın Volnovaxski rayonu yaxınlığında separatçıların hücumu nəticəsində həlak olan Ukrayna hərbçilərinin görüntüləri yayılıb.
Axar.az xəbər verir ki, döyüş meydanında 3 PDM, bir neçə yandırılmış avtomobil və hərbçilərin meyitləri qalıb.
Hazırda həmin ərazidə döyüşlərin davam etdiyi bildirilir.
Qeyd edək ki, rəsmi məlumatlara görə, separatçılarla baş vermiş döyüş nəticəsində 13 Ukrayna hərbçisi həlak olub, 30-yaxın isə yaralanıb. Yaralıların bir neçəsinin vəziyyəti ağırdır.
Qaynar.info





