Ukrayna prezidenti Volodimir Zelenski hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında qanunları imzalayıb. Müvafiq qanunlar ən azı daha 90 gün qüvvədə olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” Ukrayna Ali Radasının saytına istinadən məlumat
yayıb.
Ukraynanın dövlət başçısı çərşənbə günü avqustun 7-də 11433 və 11434 nömrəli qanunları imzalayıb. Beləliklə, avqustun 12-dən Ukraynada hərbi vəziyyət və səfərbərlik daha 90 gün uzadılıb. Yəni, bu qanunlar ən azı 9 noyabr 2024-cü ilə qədər qüvvədə olacaq.
Qeyd edək ki, Ukraynada bu hüquqi rejim Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri artıq 12 dəfə uzadılıb.
Nizami Bağırov