Ukraynanın Səhiyyə Nazirliyi Donetsk ərazisində silahlı qarşıdurmanın gedişatında həlak olanların rəsmi sayı haqqında hesabat verib.
ANS PRESS-in məlumatına görə, bu haqda Səhiyyə Nazirliyinin rəsmi sayti xəbər verib.
Ukraynanın Səhiyyə Nazirliyinin məlumatına görə, qarşıdurmanın gedişatında 220 insan həlak olub. Onlardan ikisi 18 yaşdan aşağı gəncdir. Hərbi əməliyyatların gedişatında tibbi yardıma 1200-dən çox insan müraciət edib.