Xəbər lenti

Ukraynada matəm elan olundu
Dünya10:35 19.02.2014

Ukraynada matəm elan olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynada fevralın 20-si matəm günü elan olunub.

APA-nın xəbərinə görə, prezident Viktor Yanukoviç bu barədə fərman imzalayıb.

Matəm günü bütün ölkədə dövlət bayraqları yarıya endiriləcək, əyləncəli tədbirlər və idman yarışları keçirilməyəcək.
 
Qeyd edək ki, fevralın 18-də və 19-na keçən gecə Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında baş verən toqquşmalarda azı 25 nəfər ölüb, çoxlu sayda adam yaralanıb.

Qaynar.info