Xəbər lenti

Ukraynada məğlub olacağı təqdirdə Rusiya dağılacaq... - Medvedevin proqnozu
Dünya11:05 22.02.2023

Ukraynada məğlub olacağı təqdirdə Rusiya dağılacaq... - Medvedevin proqnozu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xəbərdarlıq edib ki, Ukraynada müharibəni dayandırarsa, Rusiya "parçalanacaq" və ölkə artıq mövcud olmayacaq.
"Əgər Rusiya qələbə qazanmadan "xüsusi hərbi əməliyyat”ı dayandırsa, Rusiya mövcud olmayacaq, parça-parça olacaq. Əgər ABŞ Kiyev rejiminə silah tədarükünü dayandırsa, müharibə başa çatacaq”, - Medvedyev "Telegram" kanalında yazıb.
O, fevralın 21-də Varşavada çıxış edən ABŞ prezidenti Co Baydenin "Rusiya [Ukrayna] işğalını dayandırsa, bu, elə indi başa çatacaq. Əgər ukraynalılar özlərini müdafiə etməyi dayandırsalar, bu, Ukraynanın sonu olacaq” ifadəsinə belə reaksiya verib.
Bayden Rusiya xalqına müraciət edərək qeyd edib ki, "ABŞ və Avropa ölkələri Rusiyanı məhv etmək istəmirlər, biz Rusiyaya hücum etməyi, Rusiyanı ələ keçirməyi planlaşdırmırıq, bunu Putin bugünkü çıxışında söylədi. Biz sülh içində yaşamaq istəyirik. Biz sizin düşməniniz deyilik”.
Medvedev ABŞ prezidentinin rusiyalılara müraciətindən qəzəblənib: "O, daxili problemlərlə dolu olduğu bir vaxtda niyə başqa ölkənin xalqına müraciət edir? Düşmən dövlətdən olan və Vətənimizə nifrət bəsləyən siyasətçini nə səbəbdən dinləməliyik?” - Medvedev yazıb.
Onun sözlərinə görə, Bayden "bütün zəifləyən intellektual imkanlarını yalnız Rusiyanın "strateji məğlubiyyət”ə uğramasını təmin etmək üçün yönəldir. Medvedev vurğulayıb ki, əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, Moskvanın özünü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququ var.
O, Rusiya prezidenti Vladimir Putindən sitat gətirib ki, "Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil”. "START-3-ün dayandırılması (hazırda) bununla bağlıdır. Qoy ABŞ-dakı toxunulmaz elitalar nə əldə etdikləri barədə düşünsünlər. Biz həmçinin digər nüvə dövlətlərinin - NATO üzvləri, Fransa və Britaniyanın reaksiyasını müşahidə edəcəyik”, - Medvedev bildirib.
Xatırladaq ki, Dövlət Duması fevralın 22-də keçirilən plenar iclasda Putinin təqdim etdiyi strateji hücum silahları müqaviləsində Rusiyanın iştirakının dayandırılması haqqında qanun qəbul edib. Sənədin mətnində deyilir ki, ölkənin START-da iştirakının bərpası ilə bağlı qərarı Rusiya prezidenti verəcək.
Nizami Bağırov