Ukraynada döyüşən rusiyayönlü qüvvələr arasında parçalanma yaranıb.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bunu Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri bildirib.
Mövcud məlumata görə, sivil dünya tərəfindən tanınmamış "LXR” silahlıları Donetsk vilayətində döyüşləri davam etdirməkdən imtina edib və Luqansk vilayətindən kənarda hücumun yorucu tempindən şikayətləniblər.
Şəbəkədə silahlıların hiddətini təsdiqləyən video yayılıb. Görüntülərdə "LXR”dən olan işğalçılar qonşu Donetsk vilayətinin ərazisində döyüşməkdən imtina edirlər.
Eyni zamanda, son 24 saat ərzində Rusiya qüvvələri Slovyanskın şimal-qərbində bir neçə məhdud quru hücumu, həmçinin Severskdən şərq və cənub-şərq, Baxmutun şimal-şərq və cənub-şərqində çoxsaylı hücum əməliyyatları həyata keçirib.
Eyni zamanda, işğalçılar Donetskin şimal-qərb, qərb və cənub-qərb istiqamətində hücum əməliyyatlarını davam etdirib və Xarkovdan şimala məhdud quru hücumu həyata keçiriblər.
Bundan əlavə, Rusiya və Ukrayna Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutmaqda ittihamlar mübadiləsini davam etdiriblər.
Eyni zamanda, Rusiya Federasiyasının işğalçı hakimiyyət orqanları işğal olunmuş ərazilərin öz tərkibinə daxil edilməsi ilə bağlı "referendumlar”a hazırlaşmağa davam edirdi.
Alpər