Xəbər lenti

Ukraynada Rusiyanın müdafiə nazirinin həbsinə dair qərar çıxarıldı
Dünya17:26 01.09.2016

Ukraynada Rusiyanın müdafiə nazirinin həbsinə dair qərar çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiyevin Peçerskiy Rayon Məhkəməsi Rusiya müdafiə naziri Sergey Şoyqunun həbs olunmasına icazə verib.

“Gazeta.ru”nun verdiyi məlumata görə, müvafiq qərar avqustun 26-da qəbul olunub.

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu avqustun 22-də Şoyquya qarşı cinayət işi açıb. O, dövlət çevrilişinə və terror təşkilatı yaratmağa cəhddə, həmçinin müharibə təbliğatı və bir sıra digər cinayətlərdə təqsirləndirilir. Yeri gəlmişkən, prokurorluq Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedevə qarşı da cinayət işi açmağa hazırlaşır.

Qaynarinfo.Az