Xəbər lenti

Ukraynada səfərbərlik haqqında fərman - FOTOLAR
Dünya20:00 06.05.2014

Ukraynada səfərbərlik haqqında fərman - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fərmanın icrası 45 gün ərzində həyata keçirilməlidır

Ukrayna prezidentinin vəzifələrini icra edən Aleksandr Turçinov Ukraynada səfərbərlik haqqında fərman imzalayıb.

Əvvəl ölkənin cənub-şərqində vəziyyətin kəskinləşməsi ilə əlaqədar silahlı qüvvələrə çağırışın yenilənməsini elan edilmişdi. 

ANS PRESS-in məlumatına görə, Ukrayna prezidentinin vəzifələrini icra edən Aleksandr Turçinov ölkədə qismən səfərbərliyin başlandığı haqda fərman imzalayıb. 

Bu haqda dövlət başçsının rəsmi saytında məlumat veriilib. Sərəncama uyğun olaraq səfərbərliyə görə fərmanın icrası 45 gün ərzində həyata keçirilməlidır. Sənəddə hərbi vəzifəlilərin, həmçinin ehtiyatda olan hərbçilərin çağırışının Ukraynanın bütün inzibati ərazi vahidlərinin ərazisində həyata keçiriləcəyi vurğulanır.

Xatırladaq ki, bir həftə əvvəl ölkənin cənub-şərqində vəziyyətin kəskinləşməsi ilə əlaqədar Ukrayna silahlı qüvvələri çağırışın yeniləcəyini elan etmişdi. Çağırışa 18 yaşdan 25 yaşa qədər olanlar şamil edilir.

Qeyd edək ki, Ukraynada orduya son çağırış Viktor Yanukoviçin 2013-cü ilin oktyabrında imzaladığı fərmana görə elan edilmişdi. Sonra ölkənin silahlı qüvvələri müqavilə əsasına keçməli idi. Onda orduya 10,8 min yeni əsgər çağırılmışdı. Ordunun ümumi sayı təxminən 168 min təşkil edirdi.