Xəbər lenti

Ukraynadakı müharibə İranı dron istehsalında dünya lideri edib
Dünya12:54 15.02.2023

Ukraynadakı müharibə İranı dron istehsalında dünya lideri edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran ucuz və ölümcül dronların istehsalı üzrə dünya lideri olur. Görünür, Tehran Ukraynadan öz texnologiyalarının nümayişi kimi istifadə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agentsvo.media” The Guardian-a istinadən yazır.
Moskvaya tədarüklər İranı regional dron oyunçusundan Moskvanın müharibədə ən mühüm hərbi dəstəkçisinə çevirib.
"The Guardian”ın həmsöhbətlərindən biri Tehranı ucuz və çox effektiv pilotsuz uçuş aparatlarının istehsalı üzrə dünya lideri adlandırıb.
İran Rusiyaya üç model pilotsuz uçuş aparatı tədarük edir: Şahed 131 və 136 kamikadze dronları və kəşfiyyat və ya raket zərbələri üçün istifadə oluna bilən Mohajer dronları.
Nəşrin həmsöhbətləri həmçinin qeyd edirlər ki, onlar Tehranın Ukraynada dronların istifadəsindən çox sayda məlumat aldığını və bundan öz dronlarını təkmilləşdirmək üçün istifadə etdiyini ehtimal edirlər.
Qərb kəşfiyyatı və hərbi analitiklərinin fikrincə, Rusiya sentyabr ayından Ukraynaya qarşı, o cümlədən kritik infrastruktura hücum etmək üçün İranın pilotsuz uçuş aparatlarından istifadə edir. Moskva İran silahlarından istifadəni təkzib edib.
Keçən həftə "The Guardian” İranın Ukrayna ilə müharibədə istifadə edilmək üçün Rusiyaya yeni tipli uzaqmənzilli dronların daşınması üçün gəmilərdən və dövlət aviaşirkətindən istifadə etdiyini yazıb.
Nizami Bağırov