Xəbər lenti

Ukraynadan Azərbaycan və Ermənistana çağırış
Siyasət07:57 13.09.2022

Ukraynadan Azərbaycan və Ermənistana çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya reaksiya verib. Onlar tərəfləri münaqişənin siyasi-diplomatik həllinə çağırıblar.
Qaynarinfo xəbər verir ki, bunu RBC-Ukraynaya şərhində Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib.
"Ukrayna Azərbaycan və Ermənistan sərhədində vəziyyətin inkişafını diqqətlə izləyir. Biz tərəfləri münaqişənin beynəlxalq hüquq normalarına, xüsusən də dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi və diplomatik yolla həllinə çağırırıq”, deyə o bildirib.
Nikolenko bu münaqişənin həllində Rusiyanın rolunu da xatırlayıb.
"Biz Rusiya Federasiyasının hər hansı vasitəçilik və sülhməramlı səylərinin əhəmiyyətsizliyini qeyd edirik ki, bu da öz öhdəliklərini yerinə yetirməkdə acizliyini bir daha nümayiş etdirir”, deyə nazirliyin sözçüsü qeyd edib.
Nizami Bağırov