Xəbər lenti

Ukraynadan İrəvana uçuşlar dayandırıldı
Dünya19:58 27.09.2020

Ukraynadan İrəvana uçuşlar dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Azərbaycanla Ermənistan arasında münasibətlərin kəskinləşməsi səbəbilə Yerevana reysləri ləğv edir.
Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin "Facebook” hesabında məlumat yayılıb.
Sözügedən qərar şirkətin mütəxəssislərinin təşkil olunmuş brifinqdə risklərin təhlilini aparmasından sonra qəbul edilib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.