Ukrayna Rusiya Federasiyası vətəndaşları üçün viza rejimi tətbiq edir.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski Telegram-da yazıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın milli təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində o, Nazirlər Kabinetinə Rusiya vətəndaşlarının Ukraynaya girişi rejiminə yenidən baxılması məsələsini hazırlamağı təklif edib.
Ukrayna prezidenti əlavə edib ki, bu gün Nazirlər Kabineti bu mühüm qərarı qəbul etməlidir.
"Nazirlər Kabinetinin planlaşdırılan qərarına əsasən, 2022-ci il iyulun 1-dən Ukrayna Rusiya Federasiyası vətəndaşları üçün ölkəyə girişdə viza rejimi tətbiq edəcək", - o qeyd edib.
Mayın əvvəlində Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi ilə bağlı fevralın 11-də qeydə alınan petisiya lazımi 25 min imzanı toplayıb.
Mayın 25-də Volodimir Zelenski petisiyaya cavab verib və baş nazir Denis Şmıxala məktub göndərərək ondan bu məsələ üzərində işləməyi xahiş edib.
Nizami Bağırov