Ukraynanın Rusiya artilleriya sistemlərini və zirehli texnikasını Türkiyənin Bayraktar TB2 pilotsuz təyyarələri ilə məhv etməsi "bütün dünyanı" onun müştərisinə çevirib.
Qaynarinfo "Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Bayraktarın istehlçısı
deyib.
Qardaşı Halukla İstanbul Baykar firmasını idarə edən Səlcuk Bayraktar dron texnologiyasının müasir müharibədə necə inqilab etdiyini göstərdiyini deyir.
"Bayraktar TB2 etməli olduğu işi edir - ən qabaqcıl zenit sistemləri, təkmil artilleriya sistemləri və zirehli texnikaları sıradan çıxarır. Bütün dünya müştəridir", - o, Bakıda keçirilən sərgidə yeni Akıncı pilotsuz təyyarəsinin yanında ingilis dilində Reuters agentliyinə bildirib.
Bu gün dronlar 12 metr qanad genişliyinə malikdir və lazerlə idarə olunan zirehli deşici bombalarla tankları və artilleriyanı məhv etmək üçün 7.5 km hündürlüyə qalxa bilir. TB2 Rusiyanın hədsiz hərbi üstünlüyünü sarsıtmağa kömək edib.
Bayraktar pilotsuz uçan aparatı Rusiya prezidenti Vladimir Putinin diqqətini çəkib və Müdafiə Nazirliyi müharibə başlayandan bəri ən azı 45 dəfə ictimaiyyət qarşısında onu qeyd edib.
"Bu, qeyri-qanuni işğaldır, ona görə də TB2 Ukraynanın şərəfli xalqına öz ölkələrini müdafiə etməyə kömək edir”,- Səlcuq Bayraktar deyib.
O, həmçinin şirkətin yeni silahlarının ilk uçuşu haqqında da danışıb.
"İnşallah, "Qızılelma”nın ilk uçuşu gələn il, TB3 isə ya bu ilin sonu, ya da gələn ilin əvvəlində olacaq,- Bayraktar deyib. - Daha uzun zaman üfüqünə baxsanız, biz taksi dronları üzərində işləyirik - bunun üçün daha yüksək səviyyəli müstəqil texnologiyanı inkişaf etdirməliyik - bu, əsasən süni intellektdir. Bu insanların şəhərlərdə necə daşınacağında inqilab edəcək”,- o bildirib.
Nurlan Hüseynov