Xəbər lenti

Ukraynadan təsirli Avroviziya performansı - “Stefania” bu il qalibdir (VİDEO)
Dünya10:04 12.05.2022

Ukraynadan təsirli Avroviziya performansı - “Stefania” bu il qalibdir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ukraynaya qarşı zorakı müdaxiləsi hələ də ölkənin Avropa Birliyi və NATO-ya üzvlüyünə aydınlıq gətirməyib. Ancaq işğal deyəsən Ukraynanı builki Avroviziya yarışmasında qalib edəcək.
Qaynarinfo xəbər verir ki, "Kaluş Orkestrı” qrupunun "Stefania” mahnısının sözləri qrupun solisti Oleq Psiyukun anası haqqındadır. 
"Bütün yollar dağıdılsa da, mən evə yolumu tapacağam” nidalı mahnı builki yarışmanın favoritlərindəndir və müsabiqənin qalibi olmağa namizəddir.
Folk rep qrupu Kaluş təsirli performansı ilə builki yarışmanın finalına keçib və izləyicilər arasında böyük rəğbət qazanıb. Onlar indi yarışmada qalib olmağa namizədlərdən biridirlər. Onların yarışmadakı enerjili performansı sevinc, coşğu və göz yaşları ilə izlənilir. 
Avroviziya müsabiqəsi həmişə apolitik yarışma olduğunu vurğulayır və buna görə də yarışma bəzən qəbul etdiyi mahnıların sözünü dəyişib və ya bəzən mahnıları çox siyasi məzmuna malik olduğu üçün yarışmaya qəbul etməyib.
Ancaq bu il Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda keçirilən yarışma siyasi neytrallığını saxlaya bilməyib.  
Əvvəlcə Rusiya builki yarışmadan uzaqlaşdırıldı. İndi isə Ukrayna mahnısı gizli patriotik məzmununa baxmayaraq, yarışmada favoritlərdən biridir. 
"Stefania ana, Stefania ana! Çəmən çiçək açır, onunsa saçları ağarır” mahnının sözlərində deyilir. 
Mahnının misraları deyir: "O məni uşaq ikən yelləyib mənə ritm verib”, "İradəmi əlimdən ala bilməzsən, çünki onu anamdan almışam”.
Mahnı Rusiya Ukrayna müharibəsindən əvvəl yazılıb. Mahnının sözləri solist Psiyukun anası haqqında olsa da, bu misralar həm də ana vətən mənasında anlaşılır. 
Kaluş Orkestrinin bütün üzvləri yarışmanın keçirildiyi Turinə gələ bilməyib. Qrupun 3 üzvü hərbi əməliyyatlara qatıldığı üçün qrupla birgə deyillər. 
Yarımfinaldan əvvəl BBC-yə danışan Psyuk qalibiyyətin mühasirədə qalan Ukrayna şəhərləri və 12 milyon məcburi köçkün üçün böyük dəstək ifadə edə biləcəyini bildirib.
"Ölkəmiz üçün bütün sahələrdə qalib gəlmək çox vacibdir. Əgər biz qalib gəlsək, bu Ukraynanı dünyaya növbəti dəfə göstərmək, onu insanlara xatırlatmaq və bütün ölkədə əhval-ruhiyyəni qaldırmaq üçün növbəti şans olacaq”, - Psyuk deyib. 
Kaluş Orkestrinin bu il qalib gəlməsi o deməkdir ki, Avroviziya 2023 Ukraynada keçirilməlidir. Avroviziyanın 2023-də Kiyevdə keçirilməsi isə indi siyasi bəyanat kimi səslənir. 
Nurlan Hüseynov