Xəbər lenti

Ukraynalı deputat Ankarada dövlətinin bayrağına görə rus nümayəndəni vurdu (VİDEO)
Dünya06:28 05.05.2023

Ukraynalı deputat Ankarada dövlətinin bayrağına görə rus nümayəndəni vurdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) mayın 4-də Ankarada keçirilən sammitində Ukrayna nümayəndələri ilə Rusiyanın nümayəndələri arasında gərginlik yaşanıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "New voice” məlumat yayıb.
Ukrayna nümayəndə heyətinin üzvü, millət vəkili Aleksey Movçan "Facebook"da yazıb ki, Rusiya nümayəndəsi Olqa Timofeyevanın çıxışı zamanı Ukrayna nümayəndə heyəti Rusiyanın təcavüzünü və onun terrorçu rejimini pisləmək əlaməti olaraq Ukrayna və UPA bayraqlarını açıb. 
Rusiyalılar bayrağı əllərindən almaq istəyəndə, dava düşüb. O, deputat Yevgeni Pivovarovla birlikdə Dövlət Dumasının senatoru Aleksey Kondratenkonun əlindən Ukrayna bayrağını qopardığı video yayımlayıb.
Digər ukraynalı millət vəkili Aleksandr Marikovski sammitin kənarında daha əvvəl ukraynalıya yaxınlaşan və bayrağı ondan kobud şəkildə qoparan rusiyalı nümayəndədən Ukrayna bayrağını necə geri aldığını əks etdirən video yayımlayıb.
Qeyd edək ki, Ankara QDİƏT-in 61-ci Baş Assambleyasına ev sahibliyi edir. Ukrayna nümayəndə heyətinin digər üzvü Vadim İvçenko bildirib ki, Ukrayna Rusiya nümayəndə heyəti üzvlərinin mandatlarının təsdiqi məsələsini gündəliyinə daxil edib. O, rusiyalıların beynəlxalq təşkilatlardan tamamilə kənarlaşdırılmalı və qara siyahıya salınmalı olduğunu vurğulayıb.
Nizami Bağırov