Xəbər lenti

Ukraynalı hərbi həkim forma oğurlayan səkkiz rus əsgərini əsir götürdü (VİDEO)
Dünya10:47 20.06.2022

Ukraynalı hərbi həkim forma oğurlayan səkkiz rus əsgərini əsir götürdü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynalı hərbi həkim Ukrayna Silahlı Qüvvələrinin yeni formasını oğurlamağa çalışan səkkiz rus əsgərini əsir götürə bilib.
Qaynarinfo xəbər verir ki, müvafiq videonu 95-ci əlahiddə desant həmlə briqadasının zabiti Yuri Koçevenko öz Twitter səhifəsində dərc edib.
"Uşaqlara yeni forma gətirdik. Düzəltməyə vaxt yox idi, bir yerə yığıb mövqelərimizə dağılışdıq. Sonra həkim özü üçün nəsə götürmək istəyərkən ora qayıdıb və orada rus işğalçıları artıq formalarımızın içində eşələnirdilər", - deyə zabit yazır.
Həkim tərəfindən rusların biri ayağından vurulduqdan qalanları qorxaraq təslim olublar.
Alpər
(Diqqət! Təqdim onunan videoda ukrayna dilində qeyri-etik ifadələr işlənilir)