Dünya 18:12 27.07.2022

Ukraynalılar Rusiya ilə “sülh-ərazi” mübadiləsinə necə yanaşır?

Ukraynalıların 84%-i Rusiyanın genişmiqyaslı işğalını dayandırmaq müqabilində ərazi güzəştlərinə qarşıdır və belə bir qərarı qəbuledilməz hesab edir.

Bu barədə Qaynarinfo Kiyev Beynəlxalq sosiologiya institutunun keçirdiyi sorğunun nəticələrinə istinadən xəbər verir.

Sosioloqların fikrincə, bu rəqəm getdikcə artır. May ayında ərazi güzəştlərinə hazır olmayanlar 82% təşkil edib.

Yalnız 10% hesab edir ki, sülhə nail olmaq və müstəqilliyi qorumaq üçün bəzi ərazilərdən imtina etmək olar.

Ukraynanın bütün regionlarında əhalinin mütləq əksəriyyəti istənilən ərazi güzəştlərinin əleyhinədir. Hətta indi gərgin döyüşlər gedən şərq rayonlarının sakinləri arasında 77% güzəştlərə qarşıdır (cəmi 16% güzəştə hazırdır), cənubda yaşayan sakinlər arasında isə 82% güzəştlərə qarşıdır (cəmi 10% hazırdır). 

Nizami Bağırov