Fevralın 4-də Ukrayna daha 116 hərbçisini Rusiya əsirliyindən geri qaytarıb. Onların arasında Mariupolun müdafiəçiləri, Xerson partizanları, Baxmut istiqamətində fəaliyyət göstərmiş snayperlər və digər döyüşçülər var.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqram səhifəsində məlumat yayıb. Eyni zamanda, Ukrayna həlak olmuş əcnəbi könüllülər Kristofer Metyu Perri və Endryu Tobias Metyu-nun da cəsədlərini geri alıb.
Rusiya Silahlı Qüvvələrinin isə daha 60 hərbçisi Ukraynada əsirlikdən geri qaytarılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Ukraynada əsirlikdə olan 60 Rusiya hərbçisi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində geri qaytarılıb.