Xəbər lenti

Ukraynanın gözlənilən hücumu: Çin Rusiyanı danışıqlar masasına oturda bilər - WSJ
Dünya06:33 08.05.2023

Ukraynanın gözlənilən hücumu: Çin Rusiyanı danışıqlar masasına oturda bilər - WSJ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın planlaşdırdığı hücum ilin sonuna qədər Kiyev və Moskva arasında danışıqlara yol aça bilər. 
Qaynarinfo xəbər verir ki, bu barədə RBC istinadla məlumat yayıb.
Nəşrin mənbələri qeyd edirlər ki, Çin Rusiyanı danışıqlar masasına oturda bilər.
Nəşrin mənbələrinə görə, danışıqları asanlaşdırmaq və bu danışıqlarda Pekinə rol tapmaq istəyi Qərbdə, xüsusən də ABŞ-da "düşüncə dəyişikliyi”ndən xəbər verir. WSJ yazır ki, bu yanaşma münaqişə tərəflərinin heç birinin qeyri-müəyyən müddətə mübarizə aparmağa qadir olmadığı və Pekinin sülh danışıqlarında rol oynamağa nə dərəcədə hazır olduğunu yoxlamaq lazım gəldiyi anlayışına əsaslanır.
Məqalədə deyilir ki, ABŞ-ın danışıqlarda maraqlı olması ölkəni münaqişəyə son qoymaq və ya onun intensivliyini azaltmaq istəyən bəzi Avropa dövlətləri ilə yaxınlaşdırır.
Daha əvvəl Kreml bildirib ki, Rusiya Ukrayna ilə danışıqlara açıqdır, lakin hələlik Ukraynanın mövqeyinə görə danışıqlar üçün fürsət görmür.
Alpər