2023-cü ilin sonuna Ukraynada müharibədən sonrakı yenidənqurma xərcləri 75 milyard dollar artaraq 486 milyard dollar təşkil edib.
Qaynarinfo xəbər verir ki, bu barədə yenilənmiş "Sürətli zərər və bərpa ehtiyaclarının qiymətləndirilməsi”nin (RDNA3) nəticələrində
deyilir.
Ukrayna hökuməti, Dünya Bankı, Avropa Komissiyası və BMT-nin birgə qiymətləndirməsi 24 fevral 2022-ci ildən 31 dekabr 2023-cü il tarixinədək olan dövrü əhatə edir.
Bundan əlavə, yalnız 2024-cü il üçün Ukraynaya təxirəsalmaz bərpa və yenidənqurma işləri üçün təxminən 15 milyard dollar tələb olunur. Bu il üçün tələb olunan məbləğin yalnız üçdə biri (təxminən 5,5 milyard dollar) artıq beynəlxalq tərəfdaşlar və Ukraynanın dövlət büdcəsi tərəfindən təmin edilib. Qalan 9,5 milyard dollar isə maliyyələşdirilməmiş olaraq qalır.
Ümumiyyətlə, ən çox təsirlənən sektorlar yaşayış sektoru, nəqliyyat, ticarət və sənaye, enerji və kənd təsərrüfatıdır. Coğrafi baxımdan ən çox dağıntılar Donetsk, Xarkov, Luqansk, Zaporojye, Xerson və Kiyev vilayətlərində cəmləşib.
Əlavə edilir ki, RDNA3 hesablamalarına görə, böyük müharibənin birbaşa təxminən 152 milyard dollar təşkil edir.
Nizami Bağırov