Xəbər lenti

Ukraynanın yeni baş naziri bəlli oldu
Dünya09:00 14.04.2016

Ukraynanın yeni baş naziri bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna Ali Radası Arseni Yatsenyukun baş nazir vəzifəsindən istefasını qəbul edib və Vladimir Qroysmanın bu posta təyin olunmasına razılıq verib.

 Apa-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, Ali Rada bu gün V. Qroysmanın namizədliyini 257 səslə təsdiqləyib.

Xatırladaq ki, yeni baş nazir bundan əvvəl parlamentin sədri idi. 1978-ci il təvəllüdlü Vladimir Qroysman Ukraynanın tarixində ən gənc hökumət başçısıdır.   

Qaynar.info