Xəbər lenti

Ukraynasız, amma Putinlə: Hindistanda keçirilən G20 sammitinin iştirakçı siyahısı
Dünya07:24 15.08.2023

Ukraynasız, amma Putinlə: Hindistanda keçirilən G20 sammitinin iştirakçı siyahısı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistan Ukraynanı 9-10 sentyabr 2023-cü il tarixlərində Nyu Dehlidə keçiriləcək G20 sammitinə dəvət etməmək qərarına gəlib. 
Qaynarinfo xəbər verir ki, belə bir bəyanatla Hindistanın G20-dəki nümayəndəliyinin xüsusi katibi Mikteş Pardeşi çıxış edib.
Eyni zamanda Rusiya diktatoru Vladimir Putin də iştirakçılar siyahısındadır. G20-nin saytında dərc olunmuş sammit iştirakçılarının siyahısından belə bir nəticə çıxarmaq olar.
Belə ki, sammitdə G20-nin daimi üzvlərindən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının rəhbəri Çarlz Mişel, prezidentlər Yun Seok Yol (Cənubi Koreya), Lulu Da Silva ( Braziliya), Si Cinpinq (Çin), Emmanuel Makron (Fransa), Rəcəb Tayyib Ərdoğan (Türkiyə), Cozef Bayden (ABŞ) iştirak edəcək.
Bundan əlavə, baş nazirlər Castin Trüdo (Kanada), Rişi Sunak (Böyük Britaniya), Entoni Albaniz (Avstraliya), Fumio Kişida (Yaponiya), Corc Meloni (İtaliya), Narendra Modi (Hindistan) və Almaniya kansleri Olaf Şolz sammitdə iştirak edəcəklər. İştirakçılar arasında Argentina, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikasının nümayəndələri və Rusiya prezidenti Vladimir Putin də olacaq.
Eyni zamanda dəvət olunanlar siyahısında aşağıdakı şəxslər var:
Banqladeşin baş naziri Şeyx Hasina
Misir prezidenti Əbdülfəttah əs-Sisi,
Niderlandın baş naziri Mark Rutte
Sinqapurun baş naziri Li Hsien Lunq
İspaniya prezidenti Pedro Sançes.
Dəvət olunan nümayəndələr siyahısında Mavrikiya, Nigeriya, Oman və Birləşmiş Ərəb Əmirlikləri də var.
Qeyd edək ki, Hindistan Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı məsələlərdə neytral mövqe tutmağa qərar verib. Dövlət Moskvaya qarşı hər hansı tənqidi fikir bildirmir, əksinə, daim "münaqişənin” diplomatik yolla həllinə çağırır.
Eyni zamanda, iyul ayında media G20-nin əsas nümayəndələrinin sentyabr sammitinin yekun bəyanatı ilə bağlı ortaq fikrə gələ bilmədiklərini yazmışdı. Rusiyanın Ukraynaya qarşı müharibəsi haqda nə deyəcəklərini bilmirlər.
Qeyd edilir ki, əgər hələ də həll yolu tapılmasa, Hindistan 2008-ci ildən bu yana bu təkliflə çıxış etməyən G20-yə üzv ilk ölkə olacaq. Jurnalistlərin fikrincə, ABŞ və müttəfiqləri yekun bəyanatda Rusiyanın Ukraynaya qarşı müharibəsini xatırlatmaqda israrlıdır, lakin Moskva və Pekin bunun qəti əleyhinədir. İşləri dalana dirəyən də budur.
Alpər