ABŞ Respublikaçılar Partiyasının üzvü Mitç Makkonnel ABŞ Senatının bazar ertəsi prosedur səsverməsindən sonra Ukraynaya 40 milyard dollarlıq yardım təklifini qəbul etmək üçün çərşənbə günü səsvermə keçirəcəyini gözləyir.
Qaynarinfo bu haqda Reuters-ə istinadla xəbər
verir.
"Biz cloture tətbiq etməyi gözləyirik (müzakirə limiti 30 saat məhdudlaşdırılması). Ümid edirəm ki, nəzərəçarpacaq üstünlük bizə yardımı çərşənbə günü təsdiqləməyə kömək edəcək", - deyib.
Aprelin 28-də ABŞ prezidenti Co Bayden Konqresdən Ukraynaya 33 milyard dollar, o cümlədən 20 milyard dollardan çox hərbi yardım istəyib.
ABŞ Konqresinin Nümayəndələr Palatası bu məbləği təxminən 40 milyard dollara qaldırıb.
Eyni zamanda, Senat qanun layihəsinə baxılmasını ləngidib. Tramp tərəfdarı olan deputat Rand Paul təkbaşına Ukraynaya təxminən 40 milyard dollarlıq yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini bloklayıb. O bildirib ki, pula nəzarət lazımdır.
Qeyd olunub ki, qanun layihəsi bloklanmayacaq və ya ona yenidən baxılmayacaq, lakin senatorlar saxtakarlığın qarşısını almaq məqsədilə xərclərə nəzarət etmək üçün xüsusi baş müfəttişin təyin olunmasını təmin edən düzəlişin edilməsini tələb edirlər.
Alpər