Xəbər lenti

Ukraynaya daha bir zərbə
Dünya18:59 10.09.2014

Ukraynaya daha bir zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşa Ukraynaya təbii qazın nəqlini dayandırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın ”Ukrtransqaz” şirkətinin rəhbəri İqor Prokopiv açıqlama verib.

Onun sözlərinə görə, belə qərar "Qazprom" şirkətinin həyata keçirdiyi siyasətin nəticəsində verilib.

"Bu gün Rusiya Polşaya təbii qazın nəqlini məhdudlaşdırıb. Rəsmi Moskva bunu Polşa qaz ehtiyatını azaltmaq üçün edir. Ona görə də, Ukraynaya qaz nəqlini məhdudlaşdırmağa məcburuq", deyə İqor Prokopiv deyib.

Qaynar.info