ABŞ Konresinin Nümayəndələr Palatasındakı ukraynayönlü respublikaçı Brayan Fitspatrik Ukraynaya yardımın təsdiqinə nail olmaq üçün spiker Mayk Consonu kənarlaşdımağa çalışacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios” nəşri
yazır.
"Biz nəsə etməliyik... Bu, ekzistensialdır, zamana həssasdır. İstər bizim təklifimiz olsun, istərsə də başqasının təklifi, biz sadəcə pulu onlara çatdırmalıyıq", - deyə Fitspatrik bildirib.
Konqresmen jurnalistlərə deyib ki, o, 218 imza toplayacağı təqdirdə Nümayəndələr Palatasında səsverməyə məcbur edə biləcək "istefa” petisiyası hazırlayır.
Belə bir petisiya Nümayəndələr Palatasında Demokratların əksəriyyətinin imzasını alması şərti ilə az sayda respublikaçının dəstəyini tələb edəcək.
Bu manevr həm də petisiyanın səsverməyə çıxarılması üçün müəyyən vaxt - petisiyanın səsverməyə çıxarılması üçün Nümayəndələr Palatasının 30 günlük sessiyasını tələb edir.
Fitspatrik petisiyanın martın əvvəlində imzalar üçün hazır olacağını söyləyib və bəzi respublikaçıların imza atacağını gözlədiyini bildirib.
Respublikaçıların dəstəyinin böyüklüyü ilə bağlı suala o, jurnalistlərə belə cavab verib: "Düşündüyünüzdən də çox... bunun doğru olduğunu bilən çox sayda insan var”.
Anonimlik şərti ilə danışan Nümayəndələr Palatasının respublikaçılarından biri Axios-a "başqa irəliləyiş olmazsa" imzalayacaqlarını söyləyib.
Lakin Fitspatrik həmçinin vurğulayıb ki, "istefa” petisiyası ilk növbədə, "nəyinsə mümkün qədər tez yerinə yetirmək üçün bir təzyiq nöqtəsinə basmağa" xidmət edəcəkdir.
Fitspatrik Ukrayna yardımının hansı variantını müzakirəyə çıxarmağa çalışacağına hələ qərar vermədiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson bildirib ki, federal hökumətin maliyyələşdirilməsi məsələsi həll olunan kimi Ukraynanın əlavə maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinə baxılacaq.
Nizami Bağırov