"Naughty Dog" tərəfindən hazırlanmış və "Sony Interactive Entertainment" tərəfindən yayımlanan "Uncharted" oyun seriyası, "PlayStation"a xüsusi oyunlar arasında xüsusi yer tutur. Dörd əsas oyundan ibarət seriya, 2018-ci ildə çıxan "Uncharted: A Thief’s End" ilə əsas hekayəsini tamamlanıb.
Qaynarinfo xəbər verir ki, "Sinematik" anlatımı və güclü xarakterləri ilə diqqət çəkən seriya üçün sinema adaptasiyasının gəlməsi qaçınılmazdı. 2022-ci ildə vizyona çıxan "Uncharted" filmi, seriyanın əsas xarakteri Nathan Drakı Tom Holland, onun məsləhətçisi Viktor "Sully” Sullivanı isə Mark Wahlberg canlandırıb.
Film təxminən 120 milyon dollarlıq büdcəyə qarşı dünya üzrə 407 milyon dollardan çox gəlir əldə edib. Gişədə uğurlu olsa da, tənqidçilərin rəyləri ümumilikdə orta səviyyədə qalıb.
Mübahisələrin mərkəzindəki xəritə detalı
Filmin gündəmə gəlməsinə səbəb olan əsas məsələ gişə uğuru deyil, qısa bir səhnədə görünən xəritə detalıdır. Ruben Fleyşer tərəfindən idarə olunan filmdə, xarakterlərin qədim bir xəritəni incələdiyi səhnədə "doqquz xətli xətt” (nine-dash line) adlı mübahisəli işarə yer alıb.
Bu xətt Cənubi Çin dənizindəki bəzi ada və bölgələrin Çinə aid olduğunu göstərən bir sərhəd işarəsini simvolizə edir. Lakin sözügedən ərazi Vyetnam, Filippin və digər ölkələr tərəfindən də iddia olunan uzun müddətli beynəlxalq mübahisələrin mərkəzindədir.
Vyetnam və Filippində qadağa qərarı
Xəritədə doqquz xətli xəttin göstərilməsi, Vyetnam və Filippində ciddi reaksiya doğurub. Vyetnam filmi birbaşa qadağan edib. Filippində isə film əvvəl vizyona çıxıb, lakin daha sonra nümayişdən çıxarılıb.
Filippin Xarici İşlər Nazirliyi səhnədəki xəritə görüntüsünün "milli maraqlara zidd” olduğunu bildirib. Bu açıqlamadan sonra kinoteatrlara filmin nümayişini dayandırma əmri verilib. Rəhbərlik həmçinin, filmin gələcəkdə yenidən nümayiş olunması üçün həmin səhnənin ya tənzimlənməli, ya da tamamilə çıxarılmalı olduğunu vurğulayıb.
Kino xəritələr və geosiyasi gərginlik
Rəhbərlərin baxışına görə, xəritənin filmdə yalnız qısa müddət görünməsi və ya kurgusal kontekstdə istifadəsi nəticəni dəyişdirmir. Həssas geosiyasi mövzulara toxunan vizuallar belə bu cür məhdudiyyətlər üçün kifayət edir.
Oxşar bir vəziyyət 2023-cü ildə vizyona çıxan "Barbi" filmində də yaşanıb. Filmdə yer alan bir xəritə səhnəsində yenidən doqquz xətli xəttə bənzər bir işarə görünüb və beynəlxalq ictimaiyyətdə yeni mübahisələr başlayıb.
Bu nümunələr göstərir ki, kinofilmlərdə istifadə olunan vizual detallar belə beynəlxalq münasibətlər baxımından nə qədər həssas nəticələr doğura bilər.
Aydın
Şərhlər