Xəbər lenti

Universitetin 177 müəllimi saxlanıldı, bəzilərinə cinayət işi açıldı
Dünya07:54 25.07.2016

Universitetin 177 müəllimi saxlanıldı, bəzilərinə cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Konya Səlcuq Universitetinin 177 müəllimi saxlanılıb.

"Qaynarinfo.Az" xəbər verir ki, Konyadakı Səlcuq Universitetində FETÖ/PDY-yə qarşı aparılan istintaqı çərçivəsində 167-si alim olmaqla, 177 nəfər saxlanılıb. 

Saxlanılanlar içərisində 48 professor, 37 dosent, 8 fakültə katibi, 1 dairə başçısı və 1 müdir var.

Səlcuq Universitetinin rektoru Prof. Dr. Mustafa Şahin, saxlanılan personal haqqında inzibati istintaq başladıldığını deyib. Artıq bir neçə müəllimə cinayət işi açılıb.

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az