Kamensk-Uralski şəhərində milyarder Dmitri Pumpyanskiyə məxsus boru zavodunda yanğın baş verib.
Qaynarinfo xəbər verir ki, RF Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə mətbuat xidmətinin məlumatına görə, yanğın bu gün sexlərdən birində baş
verib.
Yanğın 800 kvadratmetr ərazini əhatə edib.
Təxliyə tələb olunmayıb, çünki fövqəladə hadisə baş verən zaman binada adam olmayıb. Tələfat barədə məlumat verilmir.
Alpər