Avropa İttifaqı Rusiyanın enerji təchizatına dərhal embarqo qoya bilməz, çünki bu, Rusiya üçün faydalı olacaq.
Qaynarinfo Rosbalt.ru-ya istinadla xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen
deyib.
Onun sözlərinə görə, Brüssel Rusiya Federasiyasından neft tədarükünə dərhal və tam qadağa qoyarsa, Vladimir Putin "yəqin ki, Avropa Birliyinə satmadığı nefti qiymətlərin artacağı dünya bazarına çıxarıb, bunun müqabilində külli miqdarda qazanc əldə edə biləcək”. "Bu isə onun hərbi xəzinəsini dolduracaq", - fon der Leyen izah edib.
AK rəhbəri vurğulayıb ki, sanksiyalar məsələsində Avropa iqtisadiyyatına böyük ziyan vurmamaq üçün "strateji düşünmək” və "düzgün balans tapmaq” lazımdır. O, əlavə edib ki, zaman keçdikcə Avropa Rusiyanın enerji mənbələrindən tamamilə imtina edəcək, lakin o, bunun nə vaxt baş verəcəyini dəqiq deməyib.
Alpər