Foto 16:19 23.02.2021

Uşaq evində böyüyən şəhid dəfn olundu (FOTO)

Vətən müharibəsində itkin düşmüş hərbçilərin siyahısında olan 2000-ci il təvəllüdlü Əmrah Rajapov bu gün Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, dəfn mərasimində şəhər İcra Hakimiyyəti aparatının rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. 

Gəncə Uşaq Evində böyüyən və 2019-cu ildə hərbi xidmətə yollanan Ə. Rajapov oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.