Xəbər lenti

USQ qışı silaha çevirməyi planlaşdırır, rusiyalılar isə enerji sektoruna hücuma hazırlaşır - NYT
Dünya08:41 24.10.2023

USQ qışı silaha çevirməyi planlaşdırır, rusiyalılar isə enerji sektoruna hücuma hazırlaşır - NYT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu qış Ukrayna qoşunları komanda məntəqələrinə, sursat anbarlarına və Rusiya arxa cəbhəsində təchizat xətlərinə raketlərlə hücum etməyi planlaşdırır. Əgər Ukrayna Silahlı Qüvvələri (USQ) düşmənin maddi-texniki təchizatını məhv edə bilsə, işğalçılar "sözün əsl mənasında islanacaq və donacaqlar”.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” yazır.
Nəşr qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri bu yolla Rusiya qoşunlarının döyüş effektivliyini azaltmaq istəyir.
Xüsusilə, bu yaxınlarda ABŞ-ın verdiyi ATACMS raketləri Ukrayna qüvvələrinə bütün işğal olunmuş ərazilərdə Rusiya mövqelərinə zərbələr endirmək imkanı verir. Üstəlik, Ukrayna Silahlı Qüvvələrinin cənubda irəliləyişinin hər kilometri işğalçılar üçün yeni problemlər yaradır.
Bununla belə, materialda deyilir ki, Rusiya 2023-cü ildə döyüş əməliyyatlarına keçmişlə müqayisədə daha yaxşı uyğunlaşmağı öyrənib. O, tədarük marşrutlarını dəyişməyə cəhd edə və ya Ukrayna qüvvələrinin hücumlarına qarşı öz artilleriya və təyyarələrindən istifadə edə bilər.
Analitik Cek Uotlinqin fikrincə, əgər Rusiya qoşunları geniş cəbhə müdafiəsinə cəlb edilsə və onların logistikası ciddi şəkildə pozulsa, işğalçılar "sözün əsl mənasında islanacaq və donacaqlar”.
"Əəqsədli zərbələr onların logistikasının vəiyyətini ağırlaşdırar, Rusiya qoşunlarının məhdud təlimi və səhra hazırlığı kritik pozulmaları maksimum dərəcədə artıra bilər", deyə analitik qeyd edib.
Həmçinin qeyd edilir ki, Rusiya qüvvələri Ukraynanın mülki enerji infrastrukturuna zərbələr endirəcək.
Nizami Bağırov