Xəbər lenti

Uzun saçlı qadınların yaşadığı kənd (FOTOLAR)
Dünya11:39 18.08.2017

Uzun saçlı qadınların yaşadığı kənd (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çinin Huanqluo bölgəsində yaşayan qadınlar keçmişdən qalan ənənəni hələ də qoruyub saxlayırlar.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, kənddə yaşayan 120 qadının saçı təxminən 1.7 metrdir, kiçik bir qismin saç uzunluğu hətta 5.5 metrə çatır. Qadınlar uzun saçın uzun ömür və var-dövlət gətirdiyinə inanırlar. Ənənəyə əsasən, onlar yalnız 1 dəfə, 16 yaşında özlərinə həyat yoldaşı tapmamışdan əvvəl saçlarını kəsə bilərlər. 

Hər bir saç düzümü qadının subay, evli, övlad sahibi olduğunu göstərir. Məsələn, əgər saç başda yumrulanaraq yığılıbsa, bu o deməkdir ki, qadın evlidir, lakin övladı yoxdur. Subay və sevgili axtaran xanımlar isə baş örtüyündən istifadə edir. 

Gülşən

Qaynarinfo.Az