Xəbər lenti

Van Dam kosmik peyklərin üstündə də şpaqat açdı - VİDEO
Dünya07:03 28.02.2014

Van Dam kosmik peyklərin üstündə də şpaqat açdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə Hollivudun məşhur aktyorlarından olan Jan Klod Vandama aid olunan qeyri-adi video çarx yayılıb.

ANS PRESS-in xəbərinə görə, güya kosmosda iki peykin üstündə dayanan Van Dam bu peyklərin ayrılması ilə fəzada şpaqat açır.

Xatırıladaq ki, tanınmış aktyor bir müddət əvvəl “Volvo” TIR-larının reklamında oxşar səhnəni canlandırmışdı.

İzləyici tərəfindən maraqla qarşılanan bu reklam bəzi aktyorlar üçün də məsxərə obyekti olmuşdu.

Belə ki, aktyor Çeninq Tatum aktyorun hərəkətini gülüş obyektinə çevirərək iki ərzaq arabasının arasında şpaqat açmışdı.

Fələstinin Qəzza sektorunda isə yanacaq qıtlığına etiraz edən gənc kinematoqrafçılar bu hərəkəti minik maşınlarında edərək Van Dammın reklam çarxını parodiya etmişdilər.

Qaynar.info